1 №-li Pedaqoji şura iclası

Məktəbimizdə 2024-2025-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirilib.

İclasda məktəbin direktoru Pərvanə Səfərova pedaqoji heyəti salamlayıb, ardınca Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin 3-29 59/3-2-451F/2024 nömrəli “Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili” barədə əmri və fəaliyyət istiqamətini kollektivin nəzərinə çatdırıb.

Təlim tərbiyə işləri üzrə direktor müavini Dürdanə Əsgərova 2023-2024– cü tədris ilində görülmüş işlər və qarşıda duran məsələlər, müəllimlərin dərs yükü və dərs cədvəlinin təsdiqi, Fənlər üzrə MB rəhbərlərinin təsdiqi, Yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri, X siniflərinin komplektləşdirilməsi haqqında ətraflı məlumat verib.

Daha sonra Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək bilik nümayiş etdirərək məktəbə təyinat almış müəllimlər kollektivə təqdim olunub.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi