Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair işlər və qarşıda duran vəzifələrə dair tədbir

4 iyun 2024-cü il tarixində məktəbin müəllim heyətinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilmişdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ə.Dürdanə və təşkilatçı B.Sonaxanım iclasda korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə , antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönədilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi