Təhsilverənlərin etik davranış Qaydaları
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ 15 may 2024-cu il KQ – 07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları”ı təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilmiş, yeni qaydalar qəbul edilmişdir.
Məsələ ilə bağlı 150 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ə.Dürdanə 30 may tarixində yeni qaydaları müəssisədə çalışan təhsil işçilərinin diqqətinə çatdırdı.