Bakı Zooloji Parkında dərs-ekskursiya

Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair TƏLİMATa əsasən ibtidai sinif müəllimi Q.Səbinənin təşkilatçılığı ilə məktəbimizin 1C sinif şagirdləri Canlılar aləminə aid dərsi Bakı Zooloji Parkında keçdilər.  Şagirdlər təhlükəsizlik qaydalarına riayət edilməklə ümumi təhsil müəssisəsinə çatdırıldı. Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualı qoyulmuşdu, şagirdlərə müvafiq tapşırıqlar verilmişdi. Tapşırıqlar müşahidə aparılmasına yönəlmiş və müşahidə vərəqləri əsasında aparıldı. Zooparkın digər ziyarətçilərinə mane olmadan açıq havada dərs-ekskursiyanın refleksiyası həyata keçirildi. Ekskursiyadan sonrakı tapşırıqlar verildi. Bu tapşırıqların zoopark və oradakı heyvanlar barədə fikir və hissləri əks etdirən esse və ya təqdimat formasında olması tapşırıldı. Dərs-ekskursiyadan sonrakı məşğələdə ekskursiyadan sonrakı tapşırıqların (essenin və ya təqdimatın) müzakirəsi təşkil olundu, şagirdlərin açıq qalan sualları ətrafında fikir mübadiləsi aparıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi