“Sərhədlərimizin keşiyində” inşa yazı müsabiqəsində III yer

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət Planı”na əsasən şagirdlər arasında silsilə tədbirlər, inşa yazı və rəsm müsabiqələri keçirilibAzərbaycan Demokratik Respublikasının yaradılmasının 97-ci, Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümünə və İlk Avropa oyunlarına həsr olunmuş “Milli - Mənəvi İrsimiz - Bizim Tariximizdir”, “Mənim Vətənim”, “Sərhədlərimizin keşiyində”, “İlk Avropa oyunları gənc rəssamların gözü ilə” nominasiyaları üzrə diyarşünaslıq olimpiadası, inşa yazı və rəsm müsabiqələrinin şəhər mərhələsinin qalibləri mükafatlandırılıb.Qaliblər sırasında “Sərhədlərimizin keşiyində” inşa yazı nominasiyasında IX – XI siniflər üzürə məktəbimizin 10a sinif şagirdi Şükürlü Ləman III yerə laiq görülmüşdürTəltifetmə mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, qaliblərin təmsil olunduqları məktəblərin direktorları, tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, uşaq birliyi rəhbərləri, müəllimlər, nominasiyalar üzrə təşkilat komitələrinin üzvləri və ekspertlər iştirak ediblər.Mükafatlandırılma mərasimində qaliblər çıxış edərək yarışmalar barədə öz təəssuratlarını bölüşüblər. Onlar zəhmətlərinin qiymətləndirilməsinə- mükafatlandırılma tədbirinə görə tədbir təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi