Məhəmməd Füzulinin 530 illiyi

     Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Bu məqsədlə 18  aprel 2024-cü ildə məktəbin kitabxana müdiri Məhəbbət Dəmirovanın təşkilatçılığı ilə məktəb şagirdləri ilə birlikdə “Füzuli dünyası” adı altında tədbir keçirildi.Tədbirdə məqsəd məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirməkdir. Şair Məhəmməd Füzulinin həyat və yaradıcılığı 3 dildə yazıb-yaratdığı əsərləri     “Söz” qəzəli və onun ideya-bədii xüsusiyyətləri haqqında təqdimatlar etdilər. “Leyli və Məcnun” poemasından “Anasının Leyliyə nəsihəti və Leylinin anasına cavabı”  İsmayılova Aysu və Paşayeva Aydan tərəfindən səhnələşdirildi.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi