"Qəhrəmanlıq səlnaməsinin müəllifi-şəhidimiz" adlı tədbir keçirildi

    3 aprel 2024-cü il tarixində məktəbimizin şagirdi olmuş II Qarabağ müharibəsi şəhidi Sənan Hüseynov xatirəsinə həsr olunmuş "Qəhrəmanlıq səlnaməsinin müəllifi-şəhidimiz" adlı tədbir keçirildi. 01.04.1996-cı ildə anadan olan Sənan Hüseynovun doğum günü ərəfəsində təhsil aldığı məktəbdə belə bir tədbirin keçirilməsi "Şəhidlər unudulanda ölürlər" devizi ilə yaşayan xalqımızın qəhrəman övladlarına sonsuz sevgisini ifadə edirdi. Tədbirdə Sənan Hüseynovun anası Alidə xanım məktəb rəhbərliyi və şagirdlər iştirak etdilər.

Sənan ilə bağlı  xatirələrini danışan müəllimlər onun  vətənpərvər ruhda böyüdüyünü, hələ aşağı siniflərdən hərb sənətinə böyük maraq göstərdiyini vurğuladılar.

Şəhidin anası Alimə xanım tədbir təşkilatçılarına minnətdarlığını bildirməklə yanaşı, Sənan 149 saylı məktəblə xüsusi mənəvi bağlarının olduğunu qeyd etdi.

Tədbirin keçirildiyi sinifdə şəhidin döyüş fəaliyyəti və şəxsi həyatında istifadə etdiyi  bəzi əşyalar sərgiləndi, maraqlı videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi