Metodbirləşmə iclası

    2 aprel 2024-cü il tarixində məktəbdə metodbirləşmə rəhbərlərinin dəyirmi masası keçirildi. Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən fənn metodbirləşmələrin işi Təhsil Qanunu Təhsil Nazirliyinin əmr, sərəncam, təlimat, göstəriş və digər normativ sənədlərinin əsasında təşkil edilir. Fənn metodbirləşmələrinin məktəbin fəaliyyətində rolu böyükdür. Metodbirləşmələrin vasitəsi ilə hər bir müəllimin elmi-praktik , bu günün tələblərinə cavab verə biləcək, metodik səviyyəni yüksəltmək, tədrisin keyfiyyətini yaxşılaşdırmaq, müəllimin hərtərəfli hazırlıq səviyyəsini artırmaq imkanlarını yaradır. Qabaqcıl təcrübəyə malik müəllimlərin təcrübəsindən yararlanmağa, gənc müəllimlərə kömək məqsədi ilə onların dərslərinin dinləmələrinə şəraitin yaranmasına kömək edir. Metodbirləşmə qovluğunda metodbirləşmə üzvləri haqqında məlumat, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində görüləcək tədbirlər, təlimin nəzəri məsələlərinə həsr olunmuş pedoqoji oxu mülahizələr, gənc müəllimələrlə iş, qarşılıqlı dərs dinləmə, fənn olimpiyadalarının hazırlıq keçirilməsi ilə bağlı, fənn üzrə sinifdənxaric və məktəbdənkənar işlər, şagirdlərin meyl, maraq və qabiliyyətlərinin öyrənilməsi istiqamətində aparılacaq işlər, istedadlı şagirdlərlə iş haqqında görüləcək işlər planı yoxlanıldı. Görüləcək işlərin qısa xülasəsi hər ay və ya 2 aydan bir keçiriləcək metodbirləşmə iclaslarında müzakirə olunur. Sonda məktəbin direktoru Rəhilə Baxşıyeva metodbirləşmə sədrlərinə öz tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi