Zərərli Vərdişlər

    Sağlamlığa mənfi təsir edən, zərərli olduğunu biləndə asanlıqla tərk edilməyən vərdişlərə sağlamlığa zərərli vərdişlər deyilir. Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. Məktəbin tibb bacısı mütəmadi olaraq siniflərdə şagirdlərlə söhbətlər aparır.

    15 mart 2024-cü il tarixdə məktəbin psixoloqu Könül Məmmədova IV "L" və IV "J" sinif şagirdləri ilə maarifləndirici söhbət apardı. O, çıxış edərək qeyd etdi ki, sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Hər bir insan sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməlidir. Həmin amillərə infeksiyalar, düzgün qidalanmamaq, az hərəkət etmək, xəsarət almaq, spirtli içkilər, siqaret qəbulu və digər zərərli vərdişlərlə məşğul olmaq, şüalanmanın müxtəlif növləri, xüsusi ultrabənövşəyi və rentgen şüaları və s. aiddir. O, bütün şagirdlərə özlərini zərərli olan bütün vərdişlərdən qorumağı məsləhət verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi