"Küləkli çərşənbə"qeyd olundu

    Xalqımızın qədim, əziz bayramı olan Novruz bayramının ən gözəl adət-ənənələrinə hər il olduğu kimi bu ildə sadiq qaldıq. Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Yel çərşənbəsi günündə isə əsasən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsində adətən hava təmizlənir. Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlisindən xəbər verir. Məktəbimizdə də hər çərşənbə olduğu kimi 12 mart 2024-cü il tarixində Yel çərşənbəsi qeyd olundu. Məktəbdə Novruz xolçaları quruldu, səmənilər düzüldü,rəngbərəng şamlar yandırıldı. Şən,oynaq milli musiqi nömrələrinin sədaları altında şagirdlər rəqs edərək şənləndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi