5 Mart - Bədən Tərbiyəsi və İdman Günü və idman həftəsi

    4 mart 2024-cü il tarixində məktəbdə  5 Mart - Bədən Tərbiyəsi və İdman Günü və idman həftəsi ilə əlaqədar olaraq tədbir keçirildi. Şagirdlər yarışda  həvəslə iştirak etdilər və diplomlarla təlfit olundular.

    Tədbirdə şagirdlərə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti, respublikamızda idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı barədə söhbət açıldı. Qeyd edildi ki, Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməklə bu gün dünyanın güclü idman mərkəzlərindən birinə çevrilib. Həmçinin ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdırılması, təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının artması barədə söhbət açıldı.

    Tədbir  təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi