“Ümumdünya Vəhşi Təbiət Günü”

    2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır. Bu məqsədlə məktəbin  VIII "L" Bakı Zooloji parkına səyahət etdi.  Fənn müəllimi Səlimə Həşimova şagirdləri parkda olan flora və fauna nümunələri ilə tanış edərək maraqlı məlumatlar təqdim etdi. Həmçinin uşaqları həmin heyvanların vəhşi təbiətdə yaşayış arealı və məskunlaşdıqları landşaft haqqında maarifləndirdi.

Səyahət çox maraqlı keçdi. Şagirdlər həm əyləndilər, həm də yeni biliklər qazandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi