Tural Abdullayevin ev muzeyi  ziyarət edildi

    26 fevral 2024-cü il tarixində məktəbimizin XI "E" sinif şagirdləri və sinif rəhbərləri Xalidə Əliyevanın təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanı Tural Abdullayevin ev muzeyi  ziyarət edildi. Şəhid Tural Abdullayevin valideynləri ziyarətçiləri qarşıladılar. Şagirdlərə şəhidimizin vətənpərvərliyi, qəhrəmanlığı barədə məlumat verildi. Həmçinin onlar şəhidin ev muzeyi ilə, şəhidin əşyaları ilə tanış oldular. Şagirdlər vətənpərvərliyə, qəhrəmanlara, şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Ziyarətin təşkil olunmasının məqsədi şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, onları şəhidlərimizin qəhrəmanlıqları ilə tanış etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi