Şagirdlərimizdən "Əsgərə Məktub" var

    Vətənimizin apardığı haqq mübarizəsi şagirdlərimizin vətənpərvərlik tərbiyəsində dərin iz buraxır. Bunun nəticəsidir ki, bu gün sinəsini xalqı uğrunda sipər edən yüzlərlə əsgərimizə məktublar yazılır. Şagirdlərimiz yazırlar: "Necə olduğunu soruşmuram, çünki  Vətəni qoruduğun üçün əminəm ki əlasan. Biz ordusu olan xalq deyilik, milləti ordu olan xalqıq. Sizin bu günkü qəhrəmanlığınız bizlər üçün qürurdur, örnəkdir. Canım, Azərbaycan Əsgəri, sənin əlində fəxrlə tutduğun bayraqla duruşuna iftixar hissi ilə tamaşa edirəm..." Arzuların, istəklərin məzmunu şagirdlərimizin arzusudur, istəyidir: torpaqlarımız işğaldan azad edilsin. Hər məktub bir şagird ürəyinin səsi, bir körpə fidanın ordumuza, ordumuzun əsgərinə səmimi müraciətidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi