Bullinq nədir ?

UNICEF-ə görə, bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var;  - kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.

Son zamanlar  dünyanın bütün ölkələrində, təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (bullying).

Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. Valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərərverici olduğunu öyrənməli, intihar riski olan uşaqlara kömək etməlidirlər.

20 fevral 2024-cü il tarixində məktəbin psixoloqu Şəbnəm Yüzbaşıyeva  VIII-IX sinif şagirdləri ilə, “Bullinq” mövzusunda söhbət apardı. Şəbnəm  xanımın sözlərinə görə,  bullinq yalnız qəzəb və alçaldıcı hərəkət deyil, bullinq təkrarlanmaq, qurbanını qorxu və stress vəziyyətində qoymaq deməkdi. Bullinqin qurbanları təhsildən yayına, uşaqlıq dövründə yaşanmış əzablar isə onun yaşlı həyatına da ziyan vura bilər. Bullinqin qurbanları olmuş  şagirdlər yaşlı həyatlarında da daha çox xəstələnir və psixoloji problemlərə məruz qalırlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi