Direktoryanı müşavirə keçirildi

    9 yanvar 2024-cü il tarixində  BŞTİ-nin müvafiq tapşırığına əsasən və Məktəbin illik Fəaliyyət Planının 1.2.2-ci bəndinə müvafiq olaraq pedaqoji kollektivin ümumi peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi, müəllimlərin etik davranış qaydalarına riayət etmə səviyyəsinin öyrənilməsi və əməl edilməsi məqsədilə müəllimlər arasında etik davranış qaydaları istiqamətində maarifləndirici söhbət aparıldı. 

    Son günlər təhsil müəssisələrindən daxil olan məlumatlarda əks olunan ümumi təhsil müəssisələrində təhlükəsizliklə bağlı təlimatların pozulması faktları təhsil mühitinə mənfi təsir edən halların baş vermə ehtimallarını artırır. Cəmiyyətdə məktəb şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan kimi dəyərləndirilir. Bununla belə, aidiyyəti şəxslərin laqeydliyi səbəbindən kənar şəxslərin təhsil müəssisələrinə daxil olması və digər neqativ hallar müəssisədə olan şəxslərin bir çox təhlükələrlə qarşılaşmalarına gətirib çıxara bilər.

    Rəhilə müəllim qeyd etdi ki, bunları nəzərə alaraq  təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə bir çox tədbirlər görüləcək. Həmçinin Rəhilə müəllim şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi, müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi, ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılmas barədə müəllimlərə öz tövsiyələrini verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi