"Kitablarla tanışlıq"

    5 fevral 2024 cü il tarixində ibtidai sinif şagirdlərinin məktəb kitabxanası ilə tanışlıqları olub. Bunlardan biridə sinif müəllimi Rəna İsayeva rəhbərlik ediyi I "Ç" sinfi oldu. Şagirdlər kitabxana fondunu maraqla izlədilər. Sinif müəllimi şagirdləri müxtəlif kitablarla tanış etdi və bəzi kitablardan maraqlı parçalar oxudu. Müəllim kitabların insan həyatında nə qədər böyük əhəmiyyətə malik olduğunu vurğulamaqla yanaşı, onlara uşaq şeirləri yazan şairlərin, yazıçıların kitablarını göstərmiş və kitablardan istifadə qaydaları haqqında məktəbin kitabxana müdiri Məhəbbət xanımdan dəyərli məsləhətlər aldılar. Kitabxana fondu ilə tanışlıq zamanı şagirdlərin bəziləri onlar üçün maraqlı olan kitabları əldə etmək üçün kitabxanaya üzv oldular .Məktəbimizin kitab fondu ilə tanışlıqda əsas məqsəd şagirdlərdə erkən yaşlarda kitaba qarşı sevgi və maraq yaratmaq onların mütaliə vərdişlərini daha da yaxşılaşdırılması söz ehtiyyatının və nitq mədəniyyətinin formalaşması üçün çoxlu kitablar oxumağa həvəsləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi