"Müasir Gənclik gələcəyə olan ümiddir" adlı direktoryanı müşavirə keçirildi

     Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təsdiqi kimi, iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət  səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

     Məktəbin direktoru Rəhilə Baxşıyeva təməli Ulu Öndər H.Əliyev tərəfindən qoyulan gənclər siyasətinin və gənclər stategiyasının bu gün Prezident İlham Əliev tərəfindən uğurla həyata keçirilməsindən, gənclərə göstərilən qayğıdan danışdı. Çıxışının sonunda Rəhilə xanım  Azərbaycan gənclərini  "2 Fevral Gənclər Günü" münasibəti ilə təbrik edərək, müstəqil Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzuladı. 

     Daha sonra Rəhilə müəllim “2 fevral Gənclər Günü” münasibəti ilə məktəbin gənc, fəal müəllimləri gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdiyi şərəfli, fədakar əməyi, onların təlim tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirilməsi münasibətilə Təşəkkürnamə ilə təltif etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi