Uğur bizimlədir

Ümummilli Lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar məktəbimizin 10a sinif şagirdi Şükürlü Ləmanın yazdığı"Heydər Əliyev Azərbaycanın xilaskarıdır" adlı inşa Binə qəsəbə, Xəzər rayonu və Bakı şəhəri məktəbləri üzrə I yeri tutduğuna görə bu gün Binə qəsəbə Bələdiyyəsi tərəfindən mədəniyyət evində tədbir təşkil olunmuşdur. Xəzər Rayon Həmkarlar Təşkilatının müdiri Həzərxan Əbilovun və İcra Hakimiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirdə məktəbimizin direktoru Rəhilə xanım Baxşıyeva medalla, Azərbaycan dili müəllimi Gülarə Muxtarova fəxri fərmanla, şagirdimiz Şükürlü Ləman 150 AZN pul mükafatı və ayda 30 AZN olmaqla davamlı təqaüdlə təltif olunmuşdur. Qeyd edək ki, inşa yazı hal-hazırda respublika turundadır. Bu mərhələdə də məktəbimizə birincilik arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi