Rəsul Qaraxanov Rahiboviç
Məktəbin şagirdi Rəsul Qaraxanov Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq karate turnirində yüksək nəticə əldə edib.
Belə ki, şagird karate üzrə beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil edərək 2-ci yeri tutub.
Onu da qeyd edək ki, Batumidə beynəlxalq turnir 10 ölkənin iştirakı ilə keçirilib. Azərbaycan komanda hesabı ilə beynəlxalq turnirdə I yerə çıxıb.
Vladimir Qrımzin Alekseyeviç
29.09-01.10.2023-cü il tarixlərində Yunanıstanın Chalkida şəhərində keçirilən 30-cu SKDUN Karate üzrə dünya çempionatında Azərbaycan Karate Do Federasiyasının yığma komandasının tərkibində məktəbin 6 "D" sinif şagirdi Qrımzin Vladimir Alekseyeviç ölkəmizi uğurlu təmsil edərək 10-11 yaş, 40 kq çəki dərəcəli karateçilərin mübarizəsində bütün rəqiblərini üstəyələrək dünya çempionatının qalibi olub!