“Svetozar” – möcüzəli jurnaldır. O, müxtəlif ölkələrindən olan uşaq və böyüklərin birləşməsinə, dostluğuna kömək edir. Rus dilinin bilik və sərhədlərinin genişləndirilməsinə vasitəçilik edən ən mühüm və lazimi işdir.0
9g sinif şagirdi Məmmədova Aydan “Elmi poeziyası” və “Şəxsi rəy” mövzularındakı inşalarına görə Moskvadan “Svetozar” jurnalı tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.
Aydan “Svetozar” jurnalının Azərbaycana aid suallarına cavab verərək ən yüksək bal toplamış və rus dili və ədəbiyyatı müəllimi L. B. Barkanova ilə birlikdə Moskvada keçiriləcək olimpiadaya dəvət edilmişdir.
Moskvada Aydan üçüncü yerə layiq görülmüş və fəxri fərmanla və xatirə hədiyyəsi ilə təltif olunmuşdur.
L. B. Barkanova rus dilindən beynəlxalq olimpiadanın hazırlanması və keçirilməsində fəal iştirakına və əməkdaşlığına görə fəxri fərmanla təltif olunmuşdur.
Qalibləri təbrik edir və yeni qələbələr arzulayırıq.
Məktəbimizin şagirdi milli rəqslər üzrə Avropa çempionatında iştirak edib. Rusiyanın Moskva şəhərində 53 ölkədən 5 mindən artıq rəqqasın iştirak etdiyi yarışın nəticələrinə görə Azərbaycandan gedən komanada ilk beşlikdə qərarlaşıb.
Çempionatda məktəbimizin şagirdi Emilya Məmmədova digər Bakı məktəbliləri ilə birgə qrup tərkibində etdikləri rəqsə görə II yerə layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Şagirdimiz Emilyanı və onunla bərabər uğur qazanan digər uşaqları təbrik edir, uğurlarının davamını diləyirik.