Beynəlxalq Məktəb Kitabxanaları Günü

Beynəlxalq Məktəb Kitabxanaları Günü YUNESKO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. İlk dəfə bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə Piter Cenko terefindən bu bayrama rəsmi status verildi. 2008-ci ildən sonra hər il 22 oktyabr-22 noyabr Beynəlxalq Məktəb Kitabxanaları ayliğına çevrilib.

Bu aylıq çərçivəsində bu gün məktəbimizin 3b sinif şagirdlərinin iştirakı ilə oxu saatı təşkil edildi. Şagirdlərə məktəb kitabxanaları haqqında məlumatlar verildi. Daha sonra şagirdlərdə mütaliəyə marağı artırmaq məqsədi ilə İ. Musabəyovun “Rəhmli arvad”, C.Rodarinin” Gözəgörünməz Tonino” , “Yaşlı Ada xala” hekayələri oxundu. Sonda şagirdlərə hekayələrlə bağlı suallar ünvanlandı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi