Bu gün - 11 iyun 2024-cü il tarixdə məktəbimizin ibtidai sinif şagirdlərinin iştirakı ilə maraqlı bir tədbir keçirildi.

Bu gün - 11 iyun 2024-cü il tarixdə məktəbimizin ibtidai sinif şagirdlərinin iştirakı ilə maraqlı bir tədbir keçirildi.

Prezident İ. Əliyevin 2024-cü ili Azərbaycan Respublikasında "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncamı ilə bağlı bütün Respublikada olduğu kimi, məktəbimizdə də bir sıra tədbirlər keçirilmişdir. Bugünkü tədbiri maraqlı edən isə şagirdlərimizin Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritetinə uyğun olaraq yaşıllıqların qorunması və artırılması ilə əlaqədar idi.

Kiçikyaşlı şagirdlərimiz "Yaşıl dünya naminə" başlığı altında fotostendlər, plakatlar hazırlayaraq öz düşüncələrini ifadə etməyə calışdılar.

Tədbirin ən maraqlı yeri isə şagirdlərin artıq istifadə etmədikləri dəftər, kitab, vərəqlərini təkrar emal olunmaq üçün toplamaları oldu. Bununla onlar ağacların qırılmasının qarşısını almaq istədiklərini, ağacların dünyanın "ağ ciyəri" olmasını və hər kəsin yaşıllıqları qorumağa borclu olduğunu nəzərə çarpdirdılar.

Bu gün şagirdlər həm də dərs ilinin bu sonuncu günlərindən birində həm öyrəndilər, həm də musiqi sədaları altında əyləndilər.

Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi