144-li tam orta məktəbdə Çağırışaqədərki hazırlıq fənninin tədrisinin başa çatması ilə əlaqədar “Hərbi-idman bayramı” keçirilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “İbtidai hərbi hazırlıq Əsasnaməsi”nin tələblərini yerinə yetirmək və tədbirlər planına uyğun olaraq , 144-li tam orta məktəbdə Çağırışaqədərki hazırlıq fənninin tədrisinin başa çatması ilə əlaqədar “Hərbi-idman bayramı” keçirilmişdir.

Tədbirdə 144 , 267 və 157 №-li tam orta məktəbin komandaları, direktor və direktor müavinləri , hərbi rəhbərləri iştirak etmişlər.Tədbirə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirildi və Dövlət Himni səsləndirildi. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə açan və tədbirə ev sahibliyi edən 144 nömrəli tam orta məktəbin direktoru İlahə Həmidova qonaqları salamladı, yarış iştirakçılarına uğurlar arzulayaraq, tədbiri açıq elan etdi.

Hərbi idman bayramı vətənpərvərlik mövzusunda şeirlərin səslənməsi ilə başladı, daha sonra komandalar sıra meydanına çıxaraq öz çıxışlarını nümayiş etdirdilər. Turnikdə dartınma,viktorina (Bilik yarışması), estafet yarışı, yanğınsöndürmə balonlarının daşınması yarışları üzrə birinci yerə 144 nömrəli tam orta məktəbin şagirdləri, avtomatın sökülüb-yığılması, maneələr zolağının keçirilməsi və yaralıların döyüş sahəsindən çıxarılma yarışı üzrə 157 nömrəli tam orta məktəbin şagirdləri, kəndirdartma, mülki müdafiə üzrə yarışda 267 nömrəli tam orta məktəbin şagirdləri birinci yerə layiq görüldülər. Şagirdlər birinci yer uğrunda bütün səy və bacarıqlarını səfərbər etdilər. Qaliblərə kubok və fəxri fərman verildi.

Hərbi idman bayramının keçirilməsində məqsəd hərbi-fiziki hərəkət və oyunlarını tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi