Gənc fiziklərin yaradıcılıq müsabiqəsi

 14.02.2020-ci il tarixində məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin şagird və yeniyetmələri arasında "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" nin keçirilməsi barədə əsasnaməsinə əsasən 9-11-ci sinif şagirdləri ilə fizika fənni üzrə məktəbdaxili olimpiada keçirilmişdir. Müsabiqənin ilkin mərhələsində məktəblilər 2 akademik saat ərzində məktəb proqramına uyğun hazırlanmış 30 sualdan ibarət test tapşırığını və 2 məsələni həll etmişlər.

Onu da qeyd edək ki, məktəbdaxili yarışmada qalib gələn komanda fevralın 27-də keçiriləcək rayon mərhələsində iştirak etmək hüququ qazanmışdı. ”Arximed” adlanan komandamızı müsabiqənin növbəti mərhələsində məktəbin IX,X və XI sinif şagirdləri-Ş.Ayxan, Ş.Aygül və R.Fuad təmsil edəcək.

Qeyd edək ki, "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, bu sahədə dərin biliyə malik istedadlı şagirdlərin aşkar edilməsi məqsədlərinə xidmət edir.

​Şagirdlərimizə növbəti mərhələdə də uğurlar arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi