Maksimum bal toplayan müəllim

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyunda təşkil olundu. Sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak etdilər. 141 saylı tam orta məktəbin müəllimləri sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsini uğurla başa vurdular. Onlardan bir neçəsi 50(+) bal toplamışlar. Məktəbin Coğrafiya, İqtisadiyyatın əsasları fənnini tədris edən Əsgərəliyeva Raidə isə ən yüksək bal (60) toplamışdır. Məktəbin kollektivi adından onu təbrik edirik.