Alternativ Enerji

Alternativ enerji ənənəvi enerji növlərini əvəz edə bilən enerji mənbələridir. Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerjiyə alternativ, yaxud bərpa oluna bilən enerji deyirlər. Ötən əsrdən başlayaraq enerjiyə qənaət, israfçılığın qarşısının alınması dedikdə əsasən alternativ enerji başa düşülür. Alternativ enerjiyə daxildir – Günəş enerjisi, Külək enerjisi , Biotonal enerjiAzərbaycan Respublikasında sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır.Iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə "Ekoloji aylıqlar" layihəsi çərçivəsində "Alternativ enerji" mövzusunda bir sıra layihələr həyata keçirilmişdir. Bu layilərdə məktəbin fizika və kimya muəllimləri və yuxari sinif şagirdləri fəal iştirak etmişlər. Məktəblilər Biotonal enerjiden isifadə etmişlər. Kimya və fizika otaqlarında şagirdlər müəllimlərin nəzarəti ilə "Maqnit ilə limitsiz elektrik istehsalı" və " Duzlu və karbonatlı sudan elektrik çıxarmaq" adlı təcrübə aparmışlar . Maqnitin üzərini elektrik kabeli ila bağlayaraq adi lampanı ona toxunduraraq işıqlandira bilmişlər. Bir dolu su stəkanının içərisinə duz və bir qədər karbonat töküb, stəkanın hər iki tərəfinə məftil salaraq və məftilə elektrik kabel bağlayaraq elektrik əldə etmişlər. Şagirdlər bu təcrübələri uğurla başa vurmuşlar.