“Füzuli dühası, Füzuli yaradıcılığı”

2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.

Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.

141 saylı tam orta məktəbdə “Füzuli dühası, Füzuli yaradıcılığı” başlığı altında şeir saatı keçirilib. Tədbir divan janrının möhtəşəm nümayəndələrindən Məhəmməd Füzulinin 530 illiyi münasibətilə baş tutub. Məktəbin şagird kollektivi şairin qəzəllərindən parçalar səsləndiriblər. "Leyli və Məcnun" əsərindən kiçik səhnə göstərildi.

Məktəbin müəllimləri Məhəmməd Füzulinin çoxcəhətli bədii fəlsəfəsindən, Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdən bəhs ediblər. Daha sonra şairin yaradıcılığının təbliği ilə bağlı “Məhəmməd Füzuli -530 ” başlıqlı şəkil sərgisi göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi