FHN-in Dövlət Yanğından Mühafizə Xidməti məktəblilərlə görüş təşkil edib

Görüşdə yanğından mühafizə qurumlarının rolu haqqında tədbir iştirakçılarına məlumat verilib, yanğınların söndürülməsində və qəza-xilasetmə işlərinin aparılması zamanı istifadə olunan döyüş paltarları və istilik əksetdirici kostyumlar, kəsici-pnevmatik alətlər nümayiş olunub. Təhsil müəssisəsinin nümayəndələri yanğından mühafizə qurumlarının rolu, tənəffüs orqanlarının mühafizə vasitələrinin tətbiq olunma qaydaları haqqında da məlumatlandırılıb. Tədbirdə, həmçinin yanğın avtomobillərinin taktiki-texniki göstəriciləri, avtomobilin üzərində olan alət və avadanlıqlar, onlardan istifadə qaydaları, eyni zamanda xüsusi təyinatlı avtomobillərin taktiki-texniki xarakteristikası haqqında bilgilər verilib.

Görüşdə tədbir iştirakçıları "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda məktəblilər arasında keçirilən uşaq yaradıcılıq müsabiqəsinə təqdim edilmiş əl işləri ilə də tanış olublar.

Əsas yanğınsöndürmə avtomobilləri ilə döyüş açılışının, xilasetmə işlərinin əyani şəkildə nümayişi müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi