"XXVII Azərbaycan birinciliyi"nin qalibiMəktəbimizin 11-ci sinif şagirdi Həsənli Gülay Kikboksinq üzrə XXVII Azərbaycan birinciliyində 48 kq çəki dərəcəsində qalib gələrək I yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir, davamlı uğurlar arzulayırıq.
"İdmançılarımız"Məktəbimizin 4a sinif şagirdləri Əhmədzadə Əli Kikboksinq üzrə Klublararası açıq birincilikdə 37 kq çəki dərəcəsində I yeri, Balakişiyev Tunar isə futbol üzrə Gənclik Futbol klubunun keçirdiyi yarışda I yeri tutmuşlar. Hər iki şagirdimizi təbrik edir, davamlı uğurlar arzulayırıq.
"İdmançı şagirdimiz" "Təhsil" Respublika İdman Mərkəzi Publik Hüquqi Şəxsin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər - İdman - Şahmat Məktəbi Publik Hüquqi Şəxsi tərəfindən "Zəfər Günü" nə həsr olunmuş turnirdə Dördüncü dərəcə almaq uğrunda yarış keçirilmişdir. Yarışda məktəbimizin 4a sinif şagirdi Abbasov Bəxtiyar II yeri tutmuşdur. Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.