Nailiyyətlərimiz

"Balaca idmançılarımız"Məktəbimizin 1a sinif şagirdi Nəbiyev Səid və 3a sinif şagirdi Nəbiyev Yusif. Hər iki şagirdimiz idmanın Kikboksinq növü ilə məşğul olurlar. Qatıldıqları yarışları birinciliklə bitirən şagirdlərimizi təbrik edir, onlara bundan sonraki yarışlarda da uğurlar arzulayırıq.

"Qalib şagirdimiz" Azərbaycan Kikboksinq Federasiyası Melissa Fight İdman Klubunun Kikboksinq üzrə Klublararası açıq turnirində 11-12 yaş üzrə 26 kq çəki dərəcəsində məktəbimizin 6a sinif şagirdi Kazımova Xədicə I yeri tutmuşdur. Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.

"Gəncfest" tədbiri Ümummilli Lider Heydər Əliyevin 22 sentyabr 1993-cü il gənclərlə ilk görüşü və Azərbaycan Gənclər siyasətinin 30 illik yolunun nümayişinə həsr olunan 23-26 noyabr 2023-cü il tarixlərində keçirilmiş "Gəncfest" tədbirində məktəbimizin 11-ci sinif şagirdi Süleymanzadə Abuzər fəal iştirak etmiş və bütün təlim proqramlarını uğurla başa vuraraq sertifikat əldə etmişdir. Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.

HAQQIMIZDA

     Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəb Binəqədi rayonunda yerləşir. Təhsil müəssisəsi 1970-ci ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ildə əsaslı təmir olunmuş və Respublika Prezidenti Cənab İlham...

BİZİM FƏXRLƏRİMİZ

Lamiyə Vahabzadə Seymur

Nəzrin Rəhimova Anar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi