"Kod saatı-rəqəmsal gələcəyə addım" proqramlaşdırma üzrə müsabiqəsinin final mərhələsi

       Martın 4-də Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində "Kod saatı-rəqəmsal gələcəyə addım" proqramlaşdırma üzrə müsabiqəsinin final mərhələsində 4 şagirdimiz iştirak etmək hüququ qazanmışdır. Məktəbin informatika müəllimi Təranə müəllimin rəhbərliyi ilə 28 mindən çox şagirdin qatıldığı bu yarışmada şagirdlər II mərhələdə İKT, məntiq və proqramlaşdırmaya aid tapşırıqlara dolğun cavab vermiş və final mərhələsində iştirak etmişlər. Həmin şagirdlər məktəbin 5a sinif şagirdi İsmayılzadə Nəzrin, 6b sinif şagirdi Əliyev Nurəddin, 7a sinif şagirdi Şıxıyeva Nəzrin, 8b sinif şagirdi Hacıyeva Fidandır. 7a sinif şagirdi Şıxıyeva Nəzrin finalda III yeri tutmuşdur. Bütün şagirdlərimizi təbrik edir, onlara uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi