“Süni intellektin coğrafiyada tətbiqi” mövzusuna həsr edilmiş görüş

        Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin şagirdləri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

“Süni intellektin coğrafiyada tətbiqi” mövzusuna həsr edilmiş görüşdə müəssisənin baş direktoru professor Zakir Eminov şagirdlərə Coğrafiya İnstitutun tarixi, tədqiqat sahələri, görkəmli alimləri, elmi nailiyyətləri, beynəlxalq əlaqələri və s. haqqında geniş məlumat verib. Bildirilib ki, müəssisə ilə məktəblilər arasında yaranmış çoxillik ənənəyə görə İnstitut əməkdaşları məktəblilərlə görüşlərə həmişə hazırdırlar və onların elmə, xüsusən coğrafiyaya olan maraqlarını alqışlayır, istedadlı, çalışqan şagirdlərə həmişə dəstək olmağa çalışırlar.

İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev iqlim dəyişiklikləri, quraqlıq və səhralaşma problemləri, müasir texnologiyaların iqlimin tədqiqində rolu, meteoroloji silahlar, sinoptik proqnozların verilməsi və s. haqqında məlumat verib.

Geoinformatika və kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı çıxışında süni intellektin coğrafiyada rolu, əhəmiyyəti və faydaları, xəritələrin tərtibində və sinoptik proqnozların hazırlanmasında onlardan istifadə və digər məsələlərdən söhbət açıb.

Tədbirin sonunda məktəbin coğrafiya müəllimi Rafiq Məmmədov İnstitutun rəhbərliyi və tədbirdə iştirak edən əməkdaşlara öz minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi