"Ömür salnaməsinin 79 ili" adlı tədbir

         Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət göstərmişdir. Hər il 9 May - faşizm üzərində Qələbə günü kimi qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq Azərbaycan torpağını qoruyublar. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.

Mayın 8-də 135 nömrəli məktəbdə 9 May Qələbə gününə həsr edilmiş "Ömür salnaməsinin 79 ili" adlı tədbir keçirilmişdir. Tədbiri məktəbin kitabxana müdiri N.Hacıyeva təşkil etmişdir. Tədbirdə məktəbin tarix müəllimi K.Abbasova çıxış etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi