"Füzuli ayı" ilə bağlı tədbir

       Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq aprel ayı Bakı şəhəri 135 nömrəli məktəbdə "Füzuli ayı" elan edilmişdir. Ay ərzində bütün siniflərdə sinif saatları M.Füzulinin həyat və yaradıcılığına həsr edilmişdir. Məktəbin foyesində şairin yaradıcılığına həsr edilmiş guşə yaradılmışdır. Dərs arası fasilə zamanı M.Füzulinin qəzəllərinə bəstələnmiş musiqilər səsləndirilmişdir. Hər gün guşədə bir sinfin çıxışları təşkil edilmişdir. 9-11-ci siniflər arasında inşa müsabiqəsi keçirilmişdir. Şairin yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi