Bu gün məktəbdə "Son zəng" tədbiri keçirilib

Baki Şəhəri üzrə Təhsil İdarəsinin 16.05.2025-ci il tarixli 3-29-59/2-2182/2025 nömrəli, 27.05.2025-ci il tarixli, 3-29-59/2-2375/2025 nömrəli məktublarının icrası ilə bağlı Tədbirlər Planına əsasən 14.05.2025-ci il tarixində məktəbin həyətyanı sahəsində "Son Zəng" tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, bütöv Azərbaycan uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Məktəbin direktoru Samirə Əliyeva tədbir iştirakçılarını salamlayıb məzunları təbrik edərək tədbiri açıq elan edib.
Daha sonra məzunların iştirakı ilə kompozisiyalar, rəqslər nümayiş olunub. Məzun gününə rəng qatan balacalar da öz növbələrində maraqlı çıxışları ilə məzunları təbrik ediblər.