"Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib

    05.06.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsi və Sabunçu rayonu 130 N-li tam orta məktəbin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib. Tədbirdə Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis kapitanı Rauf Allahverdiyev, Sabunçu rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla işin təşkili bölməsinin rəisi Ata Atayev, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin rəis müavini Səddam Hüseyn, 42-ci Polis bölməsinin Azyaşlılar üzrə inspektoru polis mayoru Afaq Əliyeva, psixoloq Ceyla xanım, həkim narkoloq Rövşən Kərimli, məktəbin direktoru Samirə Əliyeva və Uşaqlarla Məktəbdənkənar və Sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşova iştirak ediblər. Qonaqlar məktəbin şəhid məzunu Röyal Nəsirovun xatirəsini yad edərək şəhidin fotosu qarşısına gül dəstələri düzüblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və bütöv Azərbaycan uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Samirə Əliyeva tədbir iştirakçılarını salamlayaraq qonaqları təqdim edib. Şagirdlər mövzu ilə bağlı şeir söyləyib, səhnəcik nümayiş etdiriblər. Daha sonra "Bir ailənin faciəsi" adlı videoçarx, "Bariqa" adlı qısametrajlı film nümayiş olunub. Qonaqlar narkomaniya ilə bağlı maarifləndirici çıxışlar edib daha sonra şagirdləri maraqlandıran sualları cavablandırıblar. Sonda tədbirdə fəal iştirak edən şagirdlərə "Sertifikat" təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi