2024-2025-ci tədris ilinin yekun Pedaqoji Şura İclası keçirilib.

20.06.2025-ci il tarixində Pedaqoji Şuranın yekun iclası keçirilib. İclasın sədri Samirə Əliyeva çıxış edərək iclasın gündəliyini Pedaqoji Şura iştirakçılarının diqqətinə çatdırıb.
Gündəlikdə duran məsələlər:
1. 2024-2025-ci tədris ilinin yekunları, məktəb üzrə Fəaliyyət Planında qoyulmuş hədəflərin yerinə yetirilməsi vəziyyəti, tədris ilinin uğurları.
2. IX-XI sinif şagirdlərinin buraxılış imtahanı nəticələri.
3. I - VIII və X sinif şagirdlərinin sinifdən-sinfə keçirilməsi, sinifdə qalanlar, yay-tədris tapşırığı alanlar.
4. Direktor müavinlərinin, metodbirləşmə rəhbərlərinin hesabatları.
5. Məktəbdaxili keçirilən monitorinqlərin nəticələrinin təhlili, siniflər üzrə keyfiyyət faizi, fənlər üzrə keyfiyyət faizi, II yarım ilin və BSQ-2 nəticələri barədə.
6. IX-XI sinif şagirdlərinə atestatların verilməsi barədə.
7. Məktəbdənkənar fəaliyyətin düzgün qurulması, valideynlərlə görülən iş.
8. Cari məsələlər.
İclasda həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kolleqiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiqlənmiş "Təhsilverənlərin etik davranış qaydaları", məktəb təhlükəsizliyi istiqamətində görülən işlər, bir daha kollektivin diqqətinə çatdırılıb, cari məsələlər müzakirə olunub, qərarlar qəbul edilib.
Son olaraq 2024-2025-ci tədris ilində pedaqoji fəaliyyəti ilə fərqlənən, tədbirlərdə aktiv iştirak edən pedaqoji işçilər məktəbim direktoru tərəfindən təşəkkürnamə və fəxri fərmanla təltif olundu.