"İnsan hüquqları aylığı" çərçivəsində maarifləndirici dərs keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 18 iyun tarixində ölkəmizdə "İnsan Hüquqları Günü" təsis edilməsi səbəbilə 18 may-18 iyun tarixləri "İnsan Hüquqları Aylığı" elan edilmişdir. Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi ilə "Gender bərabərliyi" və "Biz və hüquqlarımız" mövzularında maarifləndirici dərs keçirilib.