"28 May - Respublika Günü"

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, tarix müəllimi Günel Ağayevanın təşkilatçılığı ilə 26.05.2025-ci il tarixində lXc sinif şagirdləri ilə "28 May-Respublika Günü" nə həsr olunmuş maarifləndirici dərs keçirilib. Dərsə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək, müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müəllim şagirdlərə mövzu ilə bağlı məlumatlar verərək, qürurla xatırladığımız bu tarixin xalqımızın və dövlətçilik iradəsinin təcəssümü olduğunu bildirib. Gələcəyimizi daha da parlaq etmək üçün birliyimizi və dəyərlərimizi daim uca tutaq.
"28 May - Respublika Gününüz mübarək!"