"Dayanıqlı inkişaf nədir?"

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi ilə "Dayanıqlı inkişaf nədir?" mövzusunda maarifləndirici məşğələ keçirilib. Müəllimlər dayanıqlı inkişafın - gələcək nəsillərin ehtiyaclarını ödəmək, insanları təhlükə altına qoymadan, bu günün ehtiyaclarını ödəyə bilmək bacarığının olduğunu bildirib. Şagirdlərə təbiəti qorumaq,israf etməmək,ətraf mühiti təmiz saxlamaq, enerji, su və digər təbii resurslardan ağıllı istifadə etmək, təbiəti və canlıları qorumaq tövsiyə olunub.