Direktoryanı müşavirə keçirilib

    20.05.2025-ci il tarixində məktəbin Fəaliyyət Planına uyğun olaraq məktəb rəhbərliyi tərəfindən metodbirləşmə rəhbərləri ilə direktoryanı müşavirə keçirilib.
    Məktəbin direktoru Samirə Əliyeva 2024-2025-ci tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirmənin (BSQ-2) təşkili məqsədilə öz təkliflərini iclas iştirakçılarının diqqətinə çatdırdı. İclas zamanı Bakı Şəhəri üzrə Təhsil idarəsinin göndərdiyi fənlər üzrə BSQ-2 test banklarından istifadə olunması, bu testlərdən məktəbimizdə uyğun variantların seçilməsi, qiymətləndirmə qrafikinin hazırlanması, şagirdlərin qiymətləndirməsinin obyektiv və şəffaf keçirilməsi kimi məsələlər geniş müzakirə olundu. Eyni zamanda Azərbaycan dili, Riyaziyyat, İngilis dili və ibtidai siniflər üzrə metodbirləşmə rəhbərlərinə BSQ-nin mərkəzləşdirilmiş qaydada keçirilməsi məqsədilə müvafiq tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi