Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib

08.05.2025-ci il tarixində məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib. Şagirdlərə Ulu Öndərin həyatı və fəaliyyəti barədə məlumatlar verilib, sənədli film nümayiş etdirilib. Şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər.