Direktoryanı müşavirə keçirilib

8 May 2025-ci il tarixində məktəbin direktoru Samirə Əliyeva bir sıra müəllimlərlə direktoryanı müşavirə keçirib. İclasda məktəbin IV sinif müəllimləri və VI siniflər üzrə Azərbaycan dili, Riyaziyyat və Təbiət fənn müəllimləri iştirak ediblər. İclas zamanı monitorinqdə iştirak edəcək siniflərin hazırlıq vəziyyəti, məktəbdaxili keçirilmiş monitorinqlərin nəticələri, tədris proqramlarının yerinə yetirilməsi vəziyyəti, şagirdlərin monitorinqdə iştirak vəziyyəti, öncəki illərin IV və VI siniflər üzrə monitorinq nəticələri, şagirdlərin cavab kartları ilə işləmə bacarıqları və s. ətraflı müzakirə olunub. İclasın sonunda Samirə Əliyeva müəllimlərə keçiriləcək monitorinqlə bağlı müvafiq tövsiyyələrini verib.
Qeyd edək ki, monitorinqlər bütün ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir. IV siniflər üzrə monitorinqlər mayın 17-də tədris dili və riyaziyyat, VI siniflər üzrə isə mayın 18-də tədris dili, riyaziyyat və təbiət fənləri üzrə keçiriləcəkdir.