Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Tədbirlər Planına əsasən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, tarix müəllimi Məhəbbət Tarverdiyevin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan" mövzusunda dəyirmi masa keçirilib. Müəllim şagirdlərə dahi şəxsiyyətin həyatı və xalqa sədaqətlə xidmətləri barədə məlumatlar verərək qeyd edib ki, Heydər Əliyev həmişə xalqımızın milli - mənəvi dəyərlərinin qorunması, adət - ənənələrimizin zənginləşdirilməsi istiqamətində çalışıb. Ulu öndər Heydər Əliyevin həyatı ilə bağlı videoslayd nümayiş olunub.