"Konstitusiya və Suverenlik ili" ilə bağlı maarifləndirici dərs keçirilib

    Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının  prezidenti İlham Əliyev 2025-ci ili  "Konstitusiya və Suverenlik ili" elan etmişdir.
    "Konstitusiya və Suverenlik ili" ilə bağlı Tədbirlər Planına əsasən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, tarix müəllimi Günel Ağayevanın təşkilatçılığı ilə lX sinifdə  "Azərbaycan Konstitusiyasının mahiyyəti və tarixi" və "Suverenlik" mövzusunda maarifləndirici dərs keçirilib. Müəllim şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının maddələri, müstəqillik və suverenlik anlayışları barədə ətraflı məlumatlar verib. Məqsəd konstitusiya və suverenlik mövzularını şagirdlərə daha dərindən öyrətmək, hüquqi biliklərini artırmaq və vətənpərvərlik ruhunu gücləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi