Milli QHT Forumunun rəhbərliyi "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyinin fəaliyyəti ilə tanış olmuşdur

    "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyinin təşəbbüsü ilə  18 aprel 2025-ci il tarixində  Azərbaycan  Milli  QHT Forumunun  İdarə Heyətinin sədri Ramil İsgəndərli  və NTK sədri Fariz Əkbərov, AMQF könüllüsü  Samir Əliyev uşaq birliyinə səfər etmişlər. 

    “Oriqami” QHT-nin sədri Namiq Nəcəfov Bakıətrafı kənd və qəsəbələrdə icra olunmuş layihələr barədə ətraflı məlumat vermişdir.  Kənd və qəsəbələrdə yaşayan istedadlı yeniyetmələrin üzə çıxarilması sahəsində qabiliyyət və bacarıqların inkişafına nümunə olaraq onlardan bir qrupunun əl işləri ilə-rəngarəng oriqami fiqurlarını nümayiş   etdirmişdir. 
    Görüşdə Nardaran qəsəbəsi 130 № li tam orta məktəbin  VI b  sinif şagirdi  Nağıyev Hacıəli , VI a sinıf  şagirdi  Babayeva Zeynəb, VI c sınıf şagirdi Həsənova Xədicə, VI c sınıf şagirdi Bibiquluzadə  Məhəmməd  və məktəbin xarici dil müəlliməsi Cəlali Sənubər iştirak etmişlər. 
    Şagirdlərlə ana dilində aydın və səlis danışmaq, xarici dil (ingilis, rus dilləri) bacarıqlarına yiyələnmək üçün səslərin tələffüzünə xüsusi  ilə diqqət yetirmək,  fərd olaraq, özündə,  ilkin natiqlik vərdişlərinin  formalaşmasına səy göstərmək, asudə vaxtlarını daha məzmunlu keçirtmək  mövzularında  sərbəst müzakirələr aparılmışdır.
    AMQF Forumunun  İdarə Heyətinin sədri Ramil İsgəndərli  görüşün sonunda Nardaran qəsəbəsi 130 № li tam orta məktəbin  təmsilçilərinə xatirə hədiyyələri təqdim etmişdir.
     “Oriqami” QHT-nin sədri Namiq Nəcəfov

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi