Qızların Şəxsi İnkişaf Layihəsinin Açılış Mərasimi Keçirildi

    Bakı şəhəri, Sabunçu rayonu 130 nömrəli tam orta məktəbin şagirdlərinə "Qızların Şəxsi İnkişafi" adlı layihənin açılış mərasimi keçirildi. Layihə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə Inkişaf və Innovasiyalar üzrə qrant müsabiqəsinin qalibi olub. Açılış mərasimində layihə rəhbəri və məktəbin müəllimi Rzayeva Nazlıxanım layihə haqqında geniş məlumat verərək iştirakçılara uğurlar arzuladı. Eyni zamanda, məktəbin direktoru Əliyeva Samirə, layihə təlimçiləri Fərhad Abdulov və Dilguşə Sadıqova də iştirakçılara uğurlar arzulayaraq, layihənin uğurlu keçməsinə inamını ifadə ediblər. 
    Layihənin əsas məqsədi, Nardaran icmasında yaşayan qız şagirdlərinin şəxsi inkişaf təlimlərinə qatılmalarına şərait yaratmaqla, onların gələcəyə dair təhsil və karyera məqsədləri təyin etmələrinə dəstək olmaqdır. Bu layihə, qız şagirdlərə yalnız məktəb həyatında deyil, həm də cəmiyyətin müxtəlif problemlərinə qarşı kreativ həllər tapmaq bacarığı qazandırmağı hədəfləyir. 
Məktəbin 24 nəfər qiz şagirdinə 5 tam günlük, 20 modul və 40 akademik saatlıq təlim keçiriləcək. Təlimlər 1 həftə ara ilə təşkil ediləcək, və hər həftə şagirdlərə təlim mövzusuna dair tapşırıqlar veriləcək. Bu tapşırıqlar Google Classroom-a yüklənəcək və ekspertlər tərəfindən yoxlanacaq, fərdi şərhlər təqdim ediləcək,  Təlimlərin sonunda şagirdlər şəxsi inkişaf planları hazırlayacaq. Təqdimatlar hazırlayarkən onlara xüsusi meyarlar veriləcək, məsələn, yaradıcı bacarıqların inkişafı və ya müasir peşələrə dair araşdırma aparmaq, Şagirdlərin ehtiyaclarına uyğun olaraq təqdimatlar fərqli yanaşmalarla hazırlanacaq, Təlimdə iştirak edən 24 qız şagirdindən ən azı 12-si şəxsi inkişaf planını hazırlayacaq. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim oluncaq.
    Nazlıxanım müəlliməyə uğurlar diləyirik və məktəbimiz üçün layihənin davamlı olmağını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi