Buraxılış sinif şagirdləri ilə görüş keçirilib

Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi və təşkilatçılığı ilə təhsilalanların meyil və marağını müəyyən etmək məqsədilə buraxılış sinif şagirdləri ilə peşəyönümü xidmətinin təşkili istiqamətində "Hansı peşə yaxşıdır?" mövzusunda maarifləndirici söhbət aparılıb. O, şagirdlərə müxtəlif peşələr barədə məlumatlar verib. Peşə üzrə koordinator Günay Əliyeva da öz növbəsində peşələrlə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb.