Elan

    130 nömrəli tam orta məktəbin direktoru Samirə Əliyeva tərəfindən vətəndaş qəbulu elan edilir.
Qəbulun məqsədi təhsil sahəsində fəaliyyət göstərən elektron sistemlər (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-Məzun sistemi, Rəqəmsal Platforma, Elektron jurnal və s.) üzrə maarifləndirmə işinin təşkili və vətəndaş müraciətlərinə operativ cavab verilməsidir.

Qəbul zamanı aşağıdakı suallar üzrə vətəndaşların məlumatlandırılması təmin ediləcək:
 • I sinfə hansı yaş uşaqlar qəbul edilir?
 • I sinfə şagird qəbulu hansı formada aparılır?
 • Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
 • Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
 • Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
 • Məktəbəhazırlıq qruplarına qəbul hansı formada həyata keçirilir?
 • Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim-tərbiyəyə cəlb edilə bilərmi?
 • I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
 • Hansı halda şagird buraxılış imtahanlarında iştirak edə bilmir?
 • Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
 • Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
 • X sinfə şagird qəbulu hansı formada aparılır?
 • Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?

Qəbul günü: Hər həftənin beşinci günü.
Qəbul edən şəxs: Məktəbin direktoru Samirə Əliyeva. 
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi 289
Əlaqə nömrəsi:
(012) 455-89-65
Elektron poçt: [email protected]

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi